Hörmətli həmkarlar,
Siz, gəmiqayırma və gəmi təmiri, eləcə də dəniz texnikasının inşası sahəsində imkanlarımızı həvəslə təqdim etdiyimiz şirkətimizin məlumat-reklam portalındasınız.
Şirkətimizin işçiləri böyük praktiki təcrübəyə malikdirlər.
Bizim həyata keçirdiyimiz hər bir müqavilə və ya layihə, mütəxəssislərimizin davamlı və peşəkar işinin nəticəsidir.
Biz qazandığımız uğurlara görə qürur duyuruq və bu uğurları daim yüksəltməyə çalışırıq.
Müəssisəmiz davamlı inkişafdadır və bizim siyasətimiz işçilərimizin maddi rifahını daim yaxşılaşdırmaq, əmək təhlükəsizliyini təmin etmək, sifarişin texnoloji səviyyəsini yüksəltmək və müqavilələri şərtlərə uyğun ən yüksək səviyyədə yerinə yetirməyə çalışmaqdır.
“SAQA GƏMİ TƏMİRİ” MMC-yə xoş gəlmişsiniz.
Biz sizinlə birlikdə qarşımızda duran texniki problemlərin keyfiyyətli həllini təşkil edəcək və işlərin təhlükəsiz və vaxtında yerinə yetirilməsini təmin edəcəyik.
Gəmi təmiri sahəsində 20 ildən artıq təcrübəmizlə və Qazaxıstandakı “SAGA Atash” MMC müştərək müəssisəmizlə Sizə pulunuza və vaxtınıza qənaət etməyə kömək edəcəyik.