Gəmi Təmiri
Hazırda şirkət müştərilərinə müxtəlif növ dəniz gəmilərinin müayinəsi, təmiri və modernləşməsi işlərinin geniş siyahısını təklif edə bilər. Şirkət yarandığı andan bu fəaliyyət istiqaməti prioritetdir və aşağıdakıları əhatə edir:
• Gəminin əsas və köməkçi mühərriklərinin təmiri;
• Gəmi gövdələrinin təmiri;
• Pərvanə vallarının, orta valların, pərvanələrin və sükan qurğularının təmiri;
• Qazanlar və buxar xətlərinin təmiri;
• Dib və yan armaturların, lövbər avadanlıqlarının təmiri;
• Köməkçi mexanizm və qurğuların təmiri: nasoslar, kompressorlar, hidravlika və pnevmatik enerji sistemləri avadanlıqları, onların icraedici mexanizmləri ilə;
• Gəmilərdə çirklənmənin qarşısını alan qurğuların, çirkab sularının bioloji təmizlənməsi üçün qurğuların və digər filtrləmə cihazları kimi avadanlıqların təmiri;
• Elektrik şəbəkələrinin və sistemlərinin, elektropaylayıcı lövhələrin və işə salma avadanlıqlarının təmiri;
• 600 kVt (kVA) və 660V gərginliyə qədər olan elektrik maşınlarının və transformatorlarının təmiri;
• Bütün növ gəmi elektrik avadanlıqlarının təmiri;
• Boru kəmərlərinin və sistemlərin təmiri;
• Hər növ materialdan hazırlanmış qayıqların təmiri;
• Yaşayış salonunun elementlərinin təmiri: gəmi mebeli, işıqlandırma cihazları, xüsusi örtüklər, səs-küyə qarşı və istilik izolyasiya işləri.
Şirkət mütəxəssisləri istehsalın aşağıdakı mərhələlərini birləşdirən təsdiqlənmiş effektiv texnika hazırlayır və tətbiq edirlər:
• Qüsurları aşkar etmək məqsədi ilə göstərilən yoxlanış-texniki prosesi;
• Texniki və texnoloji sənədlərin hazırlanması;
• Müştəri və texniki nəzarət cəmiyyətləri ilə istehsal prosesinin əlaqələndirilməsi;
• İşlərin hazırlanmış texniki tapşırığa uyğun olaraq yerinə yetirilməsi;
• İcra olunmuş iş üzrə bütün hesabat sənədlərinin tərtib edilməsi;
• Təmir edilmiş obyektlərin Müştəriyə və Təsnifat Cəmiyyətlərinin müfəttişlərinə təqdim edilməsi.
Göstərilən metodun tətbiqi texnoloji proseslərin gedişi üzərində tam nəzarətin əldə edilməsi, həmçinin istehsal dövrü ərzində bütün layihə iştirakçıları üçün resursların paylanması və fəaliyyətlərin koordinasiyası ilə nəticələnir.
Güc və vasitələrin bu cür birləşdirilməsinin nəticəsi layihənin qeyd olunmuş tarixdə və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsidir.