Memarlıq

(latınca-memarlıq, yunan arxitektorundan - inşaatçı) gəmilərin növlərini, quruluşunu, dizaynını və inşasını öyrənən bir elmdir.

Xəbərlər:

Bugün 1 April 2023 Xəbərlər arxivi

Şirkətimizin məqsəd və vəzifələri
• Öz işçilərimizin davamlı məşğulluğunu təmin etmək və maddi rifahlarını yüksəltmək.
• Resursları inkişaf etdirmək və gəmilərin yan alması, bütün növ gəmilər üçün inkişaf etmiş texniki imkanlara malik universal təmir sahəsinin yaradılmasına nail olmaq.
• Şirkətimizin fəaliyyət coğrafiyasını inkişaf etdirmək və istehsal gücümüzün bir hissəsi olan Qazaxstandakı “SAGA Ataş” MMC müştərək müəsisəsinə mütəxəsis və texniki dəstək verilməsini davam etdirmək.
• Istifadə olunan texnologiyaların səviyyəsini və istehsalın keyfiyyətinə nəzarət sistemini daim yüksəltmək, istehsalatın keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğuna nail olmaq.
• Qəzaların qarşısının alınması, əmək təhlükəsizliyi və sağlamlığın qorunması ilə bağlı müasir standartların tətbiqi üzərində nəzarəti artırmaq.
• Müştəri siyasətimizi və öhdəliyimizi daim inkişaf etdirmək, bu sahədə aşağıdakılara əsaslanmaq:
 Sifarişin qrafikə uyğun və Müqaviləyə əsasən yerinə yetirilməsi;
 Müqavilələrin bütün tələblərinin yerinə yetirilməsini və istehsal prosesində qarşılıqlı məmmunluğu təmin etmək üçün Müştəri ilə daimi və açıq ünsiyyət;
 İşin keyfiyyətli görülməsi üçün ən yaxşı müasir texniki metodlardan istifadə etmək;
 Ətraf mühitin təhlükəsizliyini təmin edən texnologiyaların tətbiqi;
 Mütəmadi olaraq texniki mütəxəssislərin və işçilərin ixtisas və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi.