Şirkətimiz mövcud olduğu illər ərzində bir çox xarici və yerli neft şirkətlərinin elan etdiyi tenderlərin qalibi olmuş, müxtəlif layihələr həyata keçirmiş, yüksək mühəndislik peşəkarlığı baxımından mürəkkəb işlər görmüşdür. Hələ 1997-1998-ci illərdə BP-nin “Şahdəniz-Kəşfiyyat layihəsi çərçivəsində “İstiqlal” SSDR-nin modernləşdirilməsi ilə bağlı bütün sualtı-texniki işlərin aparılması, 1999-2000-ci illərdə “Caspian Shipyard Company”-nin sifarişi ilə xüsusi pontonların tikilməsi və “Qurtuluş” suda üzən qazma qurğusunun suya salınması kimi yüksək mühəndislik hazırlığı tələb edən layihələrin həyata keçirilməsi şirkətin yüksək texniki potensiala və təcrübəyə malik özəl şirkətlərdən biri olduğunu göstərir. Bundan başqa şirkət müxtəlif növ su nəqliyyat vasitələrinin – gəmilərin, barjaların modernləşdirilməsi və əsaslı təmiri işlərini görmüşdür.
Son onillikdə şirkətimiz aşağıdakı layihələri həyata keçirmişdir:
2010-2011-ci illərdə şirkət “CASPİAN SERVİCE GROUP” MMC-nin sifarişi ilə “IEVOLECO SECONDO”, “UNİONE”, “Caspian Dinara”, “Caspian Roushan” gəmilərində təmir işləri aparmışdır.
Həmin müddətdə “Baku Steel Company”- nin sifarişi ilə “SOCAR ASM-1”, “AMUR 2528” barjasında, həmçinin “Van Oord ship management”- in sifarişi ilə “HAM 217” və “TOUCAN” gəmilərində təmir işləri aparılmışdır.
Bundan basqa, 2012-2013-cü illərdə “Worldwide Energy”- nin sifarişi ilə “Albatros-1” gəmisinin əsaslı təmiri, “Caspian Marine Service” MMC-nin sifarişi ilə “WB 109” barjasının modernləşdirilməsi, “Van Oord ship management”- in sifarişi ilə “HAM 1407” gəmisinin təmiri, “Alfa Caspian” MMC-nin “LEVEL UP”, “PQS-Khazar”-ın sifarişi ilə “KHAZAR-2” gəmilərinin əsaslı təmiri;
2015-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Cənub buxtasındakı yanalma körpüləri ətrafında dibdərinləşdirmə işlərinin layihələndirilməsi;
2016-cı ildə “Wagenborg Kazakhstan”-na məxsus “Wagenborg 107” barjasının modernləşdirilməsi;
2018-ci ildə “Caspian Marine Service” MMC-nin sifarişi ilə “Wenna” gəmisinin, “Wagenborg Kazakhstan”-na məxsus “Debussy” barjasının əsaslı təmiri;
2019-cu ildə “DAMAR Shipping” MMC-yə məxsus “Omskiy 108”, “Omskiy 114”, “RUSSHİP” MMC-yə məxsus “Omskiy 106”, “Omskiy 111”, “Omskiy 118” gəmilərinin əsaslı təmiri həyata keçirilmişdir.