Şirkət tərəfindən həyata keçirilən bütün texnoloji proseslər sertifikatlarla təsdiqlənir; bunlardan ən əhəmiyyətlisi qabaqcıl təsnifat cəmiyyətləri tərəfindən verilmiş Tanıma Sertifikatı və digər Sertifikatlardır. Şirkətdə texnoloji proseslərin sertifikatlaşdırılması prosesi davamlı olaraq baş verir. Şirkət texnoloji və təşkilati prosedurlara daima yenidən baxır və təkmilləşdirir, müəssisənin fəaliyyətinin həyata keçirildiyi şəraiti nəzərə alaraq yeni sənədləri və hesabat formalarını hazırlayır.
“SAQA GƏMİ TƏMİRİ” MMC-nin sertifikatları:
DNV-GL tərəfindən verilən Keyfiyyəti İdarəetmə Sistemi ISO 9001: 2015 uyğunluq sertifikatı.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən verilən Uyğunluq Haqqında Şəhadətnamə.
• Gəmi doka qaldırılmadan gövdəsinin sualtı hissəsinin, kinqston barmaqlıqlarının (çərçivələrinin), kinqston qutularının, vint (pər), sükan kompleksinin və qaynaq şırnaqlarının sualtı avadanlıqlar vasitəsi ilə korroziyadan və çirkdən təmizlənməsi;
• Gəmi üzən və ya quru doka qaldırılmadan gövdəsinin sualtı hissəsinin sistem örtüklərinin, Kinqston qutusunun, vint, sükan və hərəkətə gətirici val komplekslərinin sökülməsi, təmizlənməsi, su buraxmayan sıxışdırıcı rezinlərin yenisi ilə əvəz edilməsi, bərpası və quraşdırılması;
• Gəmi doka qaldırılmadan gövdəsinin sualtı hissəsinin sistem örtüklərinin, kinqston barmaqlıqlarının, qutularının, vint, sükan, hərəkətə gətirici val komplekslərinin və naviqasiya avadanlıqlarının yoxlanılması, ölçülməsi, müvafiq qaydada şəhadətləndirilməsinin təmin edilməsi;
• Gəmi gövdə yığımına xəta yetirmədən ultrasəs üsulu ilə qalınlıqların ölçülməsi, Təsnifat Cəmiyyəti (TC) klası ilə bütün Şəhadətləndirilmələr, o cümlədən Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin A.744(18), əlavələr edilmiş Qətnaməsinə uyğun olaraq Tökmə Yük gəmiləri və Neft tankerlərinin geniş proqram üzrə Şəhadətləndirilməsi zamanı hesabat sənədlərinin hazırlanması. Gəmi konstruksiyalarının qalınlıqlarının ölçülməsi prosesi TC müfəttişinin nəzarəti altında həyata keçirilməlidir;
• Şüşə-plastik gəmilər və qurğular istisna olunmaqla gəminin gövdəsinin defektasiyası və təmiri;
• Əsas və köməkçi mexanizmlərin, qurğuların, qazanların, istilik qurğularının, yük qaldırıcı mexanizmlərin və qurğuların, soyuducu qurğuların təmiri;
• Gəmi sistemləri və boru və kəmərlərinin defektasiyası və təmiri;
• 660 V gərginliyə malik gəmi elektrik avadanlıqlarının defektasiyası, təmiri və sazlanması, akkumulyator batareyaları, partlayış müdafiəli elektrik avadanlıqları istisna olunmaqla;
• Avtomatlaşdırılmış gəmi sistemlərinin defektasiyası, təmiri və bərpası (tüstü və yanğın aşkar edən stasionar siqnalizasiya sistemləri istisna olunmaqla);
Təsnifat Cəmiyyətləri tərəfindən təsdiqlənmiş fəaliyyət sahələri:
– Gəmi və başqa növ üzən konstruksiyaların gövdə sahəsinin təmiri;
– Özüyeriyən və yedəkli su nəqliyyat vasitələrinin mexaniki qurğularının təmiri;
– Gəmi elektrik avadanlıqlarının təmiri;
– Su nəqliyyat vasitələrinin elektrik maşınlarının təmiri;
– Ultrasəs üsulu ilə qalınlığın ölçülməsi;
Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr.